Nəqliyyat Agentliyi qanunsuz xətt satdı: Sürücülərin davası düşdü

Nəqliyyat Agentliyi qanunsuz xətt satdı: Sürücülərin davası düşdü

Bakıdan Sumqayıta qanunsuz marşrut xəttinin açılması böyük narazılığa səbəb olub.

Aktual.az xəbər verir ki, "Qaynarinfo.az" saytının əldə etdiyi məlumata görə Bakı şəhəri Azadlıq metrostansiyasından Corat qəsəbəsinə qədər sərnişindaşıma icazəsi olan 123 saylı avtobus marşrutunun Sumqayıt Nəqliyyat Departamenti ilə "sövdələşməsindən" sonra Sumqayıt şəhəri Şərq Bazarına qədər uzadılması  qalmaqal yaradıb.  

Sumqayıt-Bakı istiqamətində şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülər və sahibkarkar Sumqayıt Nəqliyyat Departamentinin rəhbəri Seyfulla Əsədullayev haqqında ittiham səsləndirərək onun belə bir icazə vermə hüququ olmamasına baxmayaraq marşrut xəttini satdığını və bu qanunsuz fəaliyyətə davam edəcəyi təqdirdə daha böyük narazılıqların yaranacağını qeyd ediblər.   Onlar axşam saatlarından etibarən departamentin önünə yığışaraq etirazlarını bildiriblər və bundan sonra işə Sumqayıt İcra Hakimiyyəti qarışıb.

Qeyd edək ki, 123 saylı marşrut xəttinin sahibkarı Qurban İsmayıloğludur.
 
Aktual.az
Xəbər 1135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR