Bakıda 64 yaşlı nənə 23 yaşlı nəvəsindən polisə şikayət edib.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Rayonun S.S.Axundov küçəsində yaşayan 1952-ci il təvəllüdlü Alevtina Muravyanova polisə müraciət edərək oğurluq edilməsi barədə məlumat verib. O bildirib ki, nəvəsi 1993-cü il təvəllüdlü Ceyn Maksimovna Muravyanova ona məxsus qızıl-zinət əşyalarını evdən oğurlayıb.
Araşdırma aparılır.