Moskvaətrafı Puşkin rayonunun Çerkizovo qəsəbəsində fərdi evdə baş vermiş yanğın nəticəsində qadın üç azyaşlı nəvəsi ilə birlikdə yanaraq ölüb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın söndürüldükdən sonra hadisə yerində 2012, 2013, 2015-ci il təvəllüdlü üç uşaq və onların nənəsinin yanmış cəsədləri aşkarlanıb.
Məlumata görə, hadisədən bir gün əvvəl valideynləri dördüncü uşağı Moskvaya, qohumlarıgilə bir neçə günlük qonaq göndəriblər.
Yanğının səbəbləri araşdırılır.