Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun öldürülməsində iştirakçı olan əsas fiqurlardan biri Ruslan Muxudinov Moskvanı cinayət baş verəndən 5 gün, şübhəlilərin saxlanılması üçün xüsusi əməliyyat başlayandan bir gün sonra – martın 4-də Moskvanı tərk edib.
Modern.az-ın Rusiya Kİv-nə istinadən verdiyi xəbərə görə, “Domodedovo” hava limanındakı video nəzarət kameralarındakı görüntülərə baxılandan, eləcə də bilet satan kassirlər sorğu-sual ediləndən sonra əməliyyatçılar “Nemtsov işi”ndəki ən müəmmalı fiqurlardan biri Ruslan Muxudinov hərəkət marşrutu təxminən hazırlanıb. Belə nəticəyə gəlinib ki, martın 1-də o Qroznıya 3 bilet sifariş edib: özünə, Zaur Dadaevə (Nemtsovun qətlinin ehtimal edilən icraçısına) və Ruslan Qeremeyevə (Dadaevin “Şimal” batalyonundakı komandiri, onu da saxlamaq mümkün olmayıb).
Muxudinov bron yerlərə bilet alıb, ancaq özünün biletini martın 4-nə dəyişdirib. Həmin gün Muxudinov tək “Domodedovo”ya gəlib və öz bileti ilə Qroznıya uçub.
Hadisə ilə bağlı situasiyadan xəbərdar olan mənbənin sözlərinə görə, martın 4-də əməliyyatçılar siyasətçinin aradan götürülməsində şübhəli bilinənlərin saxlanılması üçün əməliyyat hazırlayıblar.
Növbəti gün, martın 5-də İnquşetiyada Zaud Dadaev saxlanılıb. Muxudinov barəsində isə yalnız martın 7-də danışılmağa başlayıb. Həmin gün isə Moskvadan gələn böyük əməliyyat qrupu Çeçenistanın Şelkovski rayonunun Staroqladovskaya kəndinə gəlib.
Aktual.az