Nemtsovu öldürənlərə 500 min rubl avans verilb - Şok iddia

Nemtsovu öldürənlərə 500 min rubl avans verilb -   Şok iddia

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin icraçıları kimi ehtimal edilən şəxslərə sifarişçi 500 min rubl avans verilir.

Aktual.az modern.az-a istinadən xəbər verir ki, bunu “Sever” batalyonunun keçmiş döyüşçüsü Zaur Dadaev istintaqa ifadəsində bildirib. Məlumatda qeyd edilir ki, video kamera vasitəsilə alınan bu ifadənin Rusiya İstintaq Komitəsi yayılmamasına cəhd edir.

Hüquq-mühafizə orqanlarında mənbənin bildirdiyinə görə, Zaur Dadaevin yazılı ifadəsindən əlavə, video kamera vasitəsilə alınan ifadəsi də mövcuddur. Həmin sorğu-sualda yazılı protokola düşməyən çoxlu məlumat olduğu iddia edilir.

Belə ki, Dadaevin etirafına görə, müəmmalı Rusik yalnız Nemtsovun öldürülməsinə görə 15 milyon rubl (icraçıların hərəsinə 5 milyon rubl) vəd edib , ancaq avans olaraq 500 min rubl ödəyib. İstintaq Komitəsi də belə ehtimal edir ki, Dadaevin saxlanıldığı zaman tapılan 100 min rubl bu pulun bir hissəsidir.  

 
Xəbər 1002 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR