Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, neft və digər ixrac mallarının uzunmüddətli aşağı qiymətinə hazır olmaq lazımdır.
Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.
“Mövcud bazada özümüzün nəticə əldə etməyimizə ehtiyac var. Mövcud çətinliklər iqtisadiyyat və sosial sahədə effektivliyin artırılması üçün stimul rolunu oynamalıdır”, - deyə Putin Nazirlər Kabinetinin iclasında bildirib.