OPEK-ə üzv ölkələrin və müstəqil neft istehsalatçılarının növbəti görüşü aprelin 17-i Qətərin paytaxtı Dohada keçiriləcək.
Bu barədə AzVision.az `CNN`-ə istinadən xəbər verir.
Görüşdə nə qədər ölkənin iştirak edəcəyi hələ dəqiqləşməyib.
Qeyd ki, İran hələ neft hasilatının dondurulması barədə razılaşmaya qoşulmaq barədə razılıq verməyib. İran hasilatı gündə 4 milyon barel neft səviyyəsində dondurmağa hazırdir.
Rəsmi Tehran məhz Qərb tərəfindən sanksiyalar tətbiq edilənə qədər bu həcmdə neft hasil edib. Bu isə digər neft hasil edən ölkələrin narazılığına səbəb olub.
//Aktual.az