Proqnozların pisləşməsi neftin yenidən istehsalı ilə bağlıdır.
Britaniyanın Standard Chartered bankının analitikləri neftin qiymətlərinin enməsinə dair ən pessimist proqnozu veriblər.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, onların fikrincə, neftin qiyməti bir barel üçün 10 dollara düşə bilər.
“Biz hesab edirik ki, bazar iştirakçıları baş verənləri qəbul edənə qədər neftin qiyməti bir barel üçün 10 dollara düşə bilər”, - bankın Reuters-in sitat gətirdiyi proqnozlarında deyilir.
Agentlik qeyd edir ki, bir sıra digər bankların da (Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generalе) 2016-cı il üçün neftin qiymətlərinə olan proqnozları pisləşib.
Əsasən Barclays öz proqnozunu 2016-cı ildə Brent və WTI üçün 60-56 dollardan 37 dollara qədər azaldıb.
Proqnozların pisləşməsi Çində iqtisadi inkişafın sürətinin azalması və neftin yenidən istehsalı ilə bağlıdır.
Wood MacKenzie-nin analitiki Kreyq Makmaxonun sözlərinə görə, neft bazarında yenidən istehsal indi gün ərzində 1,5 milyon bareldən ibarətdir.