“Neftin ucuzlaşmasının əsas səbəbkarı Səudiyyə Ərəbistanıdır”
“Neftin qiyməti 2016-cı ilin sonuna kimi o qədər də artmayacaq”.
Bunu APA-nın İran bürosuna açıqlamasında İran parlamentinin Enerji komissiyasının üzvi və ölkənin sabiq neft naziri Məsud Mirkazımi deyib.
M. Mirkazımi bildirib ki, hazırkı vəziyyətin səbəbi neft bazarında tələbatın az olması və təklifin çoxluğudur: “Düşünürəm ki, qiymətin artmasına kömək etmək məqsədilə neft ixrac edən ölkələr neft diplomatiyasını aktivləşdirməlidir”.
M. Mirkazimi bu il neft bazarında qiymətin orta hesabla 30 dollar olacağını düşünür: “Neft bazarındakı mövcud vəziyyətlə əlaqədar qiymət orta hesabla 30 dollar ətrafında olacaq. İran neftin qiymətinin aşağı düşməsinə imkan verməməli və lazımi danışıqlar aparmalı idi”.
Sabiq nazirin fikrincə, neftin qiymətinin aşağı düşməsində əsas səbəbkar Səudiyyə Ərəbistanıdır: “Səudiyyə Ərəbistanının məqsədi İran və Rusiyaya zərbə endirmək və Rusiyadakı böhranı daha da dərinləşdirməkdir”.
Aktual.az
Xəbər 2863 dəfə oxunub.