"Neftin qiyməti yenidən qalxacaq" – Sabiq maliyyə naziri

  • DÜNYA

Neft qiymətləri hələ dibə çatmayıb, lakin Rusiya iqtisadiyyatı şok yaşayıb, yeni şərtlərə uyğunlaşdıqdan sonra ortamüddətli perspektivdə yenidən yüksəlişə qayıdacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin bildirib.

“Bu qısa müddət ərzində bir barel üçün 18 və ya 16 dollar da ola bilər, təbii ki. Qiymət sabitləşəcək və yenidən qalxacaq”, - deyə Kudrin Davos iqtisadi forumunda “VTB Kapital”ın iş nahar yeməyində çıxışı zamanı bildirib.

“Bu vəziyyətdən çıxmaq üçün imkanlar var: Rusiyanın rezervləri, aşağı borc səviyyəsi – təxminən ÜDM-in 15%, Rusiyanın davamlılıq ehtiyatı var, biz borc götürə bilərik. Təbii ki, şok var, lakin bir-iki il ərzində iqtisadiyyat müsbət göstəricilərə çıxacaq”.

Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR