Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,76% bahalaşaraq bir barelə görə 50,19 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,86% artaraq 48,24 dollara satılıb.