Neftin qiyməti 60 dollara düşə bilər

Neftin qiyməti 60 dollara düşə bilər

Yaxın aylarda qlobal bazarda "Brent" markalı neftin qiymətinin aşağı düşməsi və 60 dollar/barel səviyyəsinə enməsi ilə bağlı risklər mövcuddur.

"Report” bu barədə "Saxo Bank"ın I rüb üçün hazırladığı proqnozlara istinadən xəbər verir.
"2018-ci ildə neftin qiymətini əsasən 3 amil – neft hasil edən şirkətlərin qiymət artımına münasibəti, neft təchizatında yeni risklər və dünya iqtisadiyyatının daha da güclənməsi amilləri müəyyən edəcək", - deyə Bankdan bildirilib.
Qeyd edək ki, "Saxo Bank"ın proqnozu ticarət aktivlərinin əsas kateqoriyaları - valyuta, xammal, qiymətli kağızlar, həmçinin maktoiqtisadi tendensiyaları əhatə edir. Bankın ekspertləri  hesab edirlər ki, sakit keçən 2017-ci ildən fərqli olaraq, 2018-ci ildə bazarı bir çox risklər gözləyir.

Aktual.az
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR