2016-cı ildə neftin bir barelinin qiyməti 45-55 dollar diapazonunda dəyişəcək, ilin sonunda isə bu göstəricini keçəcək.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “LUKoyl” şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov “Rusiya 24” telekanalına müsahibəsində bildirib.
“Böyük ehtimalla neftin qiyməti 45-55 dollar arasında dəyişəcək, ilin sonunda isə biz psixoloji həddin keçilməsinin şahidi ola bilərik”, - deyə Ələkbərov qeyd edib.
Azərbaycanlı milyarderin fikrincə, qiymət artımın səbəbi bu sahəyə investisiyaların yatırılmaması ilə əlaqədar neft hasilatı həcminin aşağı düşməsidir.