"Neftin qiyməti 28 dollar olacaq"


Çin iqtisadiyyatında baş verən problemlər neftin qiymətini ilin əvvəlində olan göstəriciyə qaytara bilər.


Aktual.az azvision.az -a istinadən bildirir ki, bunu Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin deyib.

"Çin iqtisadiyyatında yaşanan ciddi problemlər ilin əvvəlində müşahidə olunan aşağı neft qiymətləri ilə bağlı hadisəni bizə yenidən yaşada bilər. İqtisadi siyasətin formalaşdırılması zamanı bu risklərə diqqət ayrılmalıdır. Onlara göz yummaq olmaz. Bütün siyasət Çində iqtisadi tənəzzül nəzərə alınmaqla qurulmalıdır", - deyə Oreşkin "Credit Suisse" forumunda çıxışı zamanı qeyd edib.

Qeyd edək ki, hazırda "Brent" markalı neftin bir barelinin qiyməti 49 dollar ətrafında dəyişir. 2016-cı ilin yanvarında onun qiyməti 30-40 dollar aralığında dəyişib. Yanvar ayının ortasında isə qiymət 28 dollardan da aşağı olub.

Xəbər 895 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR