Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. "Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", - deyə nazir qeyd edib.