Neftçinin meyitini gətirmək üçün - Türkmənistana istintaq qrupu göndərildi

Neftçinin meyitini gətirmək üçün  - Türkmənistana istintaq qrupu göndərildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin gətirilməsi üçün Türkmənistana yola düşüb.

Aktual.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılıb.

Meyiti tapılmış şəxsin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR