“Neftçi”nin məşqçisi vəzifəsindən azad edildi

“Neftçi”nin məşqçisi vəzifəsindən azad edildi
  • İDMAN

"Neftçi” klubu daha bir bəyanat yayıb.

Aktual.az klubun rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi bəzi oyunların nəticələrinin manipulyasiya edilməsi ilə bağlı araşdırma aparıb.
Bəyanatda AFFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılan məşqçi-metodist Ağakişi Mehdizadənin klubdan da kənarlaşdırıldığı bildirilib: "Son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Premyer Liqanın bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb. Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi-metodist Agakişi Mehdizadə dərhal tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırkı "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb.
Araşdırma zamanı topladığımız materiallar isə aidiyyəti üzrə AFFA-ya göndərilib. "Neftçi” olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq”.
 
Aktual.az
Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR