Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Aktual.az xəbər verir ki, cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.
Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilmiş və aidiyyətı üzrə təhvil verilib.
Aktual.az