“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları dayandırılmayıb. Hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) 4 gəmisi axtarışlar aparır.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
“Hazırda gəmilərdən 2-si mərkəzdə, biri cənubda, digəri isə şərq istiqamətində axtarışları davam etdirir. Axtarışlar dayandırılarsa, bu barədə rəsmi açıqlama veriləcək”-deyə vurğulayıblar.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 11 nəfərin cəsədi tapılıb.
Bir neçə gün öncə “Günəşli” yatağında yanğın söndürülüb.