Aktual.az oxu.az-a istinadən xəbər verir ki, xəstəxana hazırda normal iş rejimində fəaliyyət göstərir.
Mərkəzi Neftçilər Xəstəxanası xidmətlərin tariflərinin artırılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Xəstəxanadan bildiriblər ki, təqdim olunan xidmətlərin tarifləri qaldırılmayıb və ümumiyyətlə, bu məsələ hazırda gündəmdə deyil.
Mərkəzi Neftçilər Xəstəxanasından qeyd ediblər ki, tibb ocağı hazırda normal iş rejimində fəaliyyət göstərir:
“Əsas məqsədimiz müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətlər göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir”.
Aktual.az