Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.
"Neftçi" çempionatın autsayderi "Rəvan"ı qəbul edib. İlk qol meydan sahiblərindən gəlsə də, qonaqlar 19 dəqiqə ərzində 3 ardıcıl qol (47, 50, 66`) vurmaqla oyunun taleyini dəyişiblər.
Sonuncu dəqiqədə Ruslan Qurbanovun dublu "Neftçi"nin təsəlli qolundan başqa bir şey olmayıb - 2:3. Bu, "Rəvan"ın cari mövsümdə ilk qələbəsidir.
12 oyundan sonra "Neftçi" 13 xalla 6-cı, "Rəvan" isə 5 xalla sonuncu - 10-cu pillədədir.
Aktual.az