AZAL-dan ayrılandan sonra istirahətə çəkilən Tərlan Əhmədovun işsiz günləri başa çatır.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis bu gün "Neftçi” ilə rəsmi müqavilə bağlayacaq.
Klub rəhbərliyinin böyük ümidlərlə gətirdiyi Əhmədovun qarşısına "ağ-qaralar”ı "qara zolaq”dan çıxarmaq tapşırığı qoyulub. Vaxtilə "Neftçi”də işləmiş çalışdırıcı bu gün həmsoyadı Elşad Əhmədovdan postu təhvil alacaq. Belə ki, futbolçu karyerası ərzində də paytaxt təmsilçisinə xidmət etmiş Tərlan Əhmədovun "Neftçi”dəki ilk məşqi də bu gün baş tutacaq.
Hazırlıq prosesindən öncə isə mütəxəssis komandaya təqdim olunacaq.
Qeyd edək ki, cari mövsümə Elxan Abdullayevlə başlayan "Neftçi” rəhbərliyi "Səbail”ə məğlubiyyətdən sonra millinin sabiq məşqçisi ilə yolları ayıraraq, bu postu müvəqqəti olaraq, əvəzedici heyətin çalışdırıcısı Elşad Əhmədova tapşırmışdı.
Aktual.az
Xəbər 434 dəfə oxunub.