Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyununda qalmaqal baş verib.
Aktual.az-n məlumatına görə, hadisə hesab 1:0 "Neftçi"nin xeyrinə olarkən "Xəzər Lənkəran"ın cavab qolunu vurmasından sonra baş verib.
Belə ki, hesab bərabərləşərkən stadionda "cənublular"ın qoluna sevinənlər olub. Nəticədə meydan sahibinin azarkeşləri ilə onlar arasında münaqişə yaşanıb. İki nəfər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb. (Report)