"Neftçi" - "Qarabağ" matçı təxirə salınır

  • İDMAN

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bu dəfə qarşılaşmanın təxirə salınma ehtimalı olduqca yüksəkdir.
Oyunun təxirə salınma təklifi ilə əvvəldən razılaşmayan "Neftçi" artıq məlumatlandırılıb. Matçın təxirə salınması ilə bağlı məlumatın Peşəkar Futbol Liqası tərəfindən tezliklə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl”a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün "Neftçi" ilə matçın təxirə salınması istəmiş, bununla bağlı PFL-ə müraciət etmişdi.
PFL isə öz növbəsində razılıq üçün "Neftçi”yə müraciət etsə də, bakılılar Ağdam təmsilçisinin təklifi ilə razılaşmamışdı. Sözügedən məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR