"Neftçi” futbol klubu Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün yardım göndərib.
Paytaxt klubundan verilən məlumata görə, klubun bazasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular da iştirak ediblər.
Kapitan Emin Mahmudov, həmçinin digər oyunçular Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon, Vojislav Stankoviç və Mərt Çelik işçilərə kömək ediblər.
Qeyd edək ki, ən son məlumata əsasən, fevralın 6-da baş verən zəlzələdə 12 873 insan vəfat edib, 62 937 insan isə yaralanıb.
Xəbər 265 dəfə oxunub.