Bu gün Premyer Liqanın XI turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub.
Aktual.az-ın məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Uğur Pamuk hesabı açıb.
Lakin paytaxt təmsilçisi ikinci hissədə toparlana bilib. Əvvəlcə 72-ci dəqiqədə Fəhmin Muradbəyli hesaba tarazlıq gətirib. 5 dəqiqə sonra Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2.
Beləliklə, son vaxtlar uğursuz çıxış edən "Neftçi" vacib qələbə qazanıb.
Aktual.az