Ələt-Astara avtomobil yolunun Neftçala rayonundan keçən hissəsində baş verən ağır yol qəzası zamanı yaralananların şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.
***
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb.
Qəza zamanı 3 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Hazırda hadisə yerinə "təcili yardım" maşınları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 549 dəfə oxunub.