Neftçalada dənizdə üç gəncin axtarışları davam edir - VİDEO

Neftçalada dənizdə üç gəncin axtarışları davam edir - VİDEO

Neftçala rayonunda dənizdə boğulanların axtarışları davam edir.


"Report”un Aran bürosu xəbər verir ki, rayonun Yeniqışlaq kəndi ərazisində, Aşağı Mil-Muğan kollektorununXəzər dənizinə qovuşduğu yerdə dənizdə batan 3 nəfər gəncin ötən gündən başlayaraq axtarışları hələlik bir nəticə verməyib.

Axtarışlara FHN-in 3,Dövlət Sərhəd Xidmətinin isə 2 qayığı və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumatlara görə,həmin gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsinin sakinləri, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu çimmək üçün dənizə gediblər.

Onlar əvvəlcə sahildən, təxminən, 100 metr aralıda yerləşən adada nahar ediblər. Bundan sonra dənizdə çimərkən suda batıblar.

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR