Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,26 dollar yaxud 5,32% ucuzlaşaraq 58,00 dollar təşkil edib.
"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,77% yaxud 1,77 dollar geriləyərək 62,03 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir.
Aktual.az