Məşhur "Royal Dutch Shell" Britaniya-Niderland şirkəti 10 min əməkdaşını ixtisar edəcək.
Aktual.az report-a istinadən bildirir ki, bu haqda BBC məlumat yayıb.
Məlumata görə, buna səbəb olaraq, son 13 ildə şirkətin gəlirinin azalması göstərilib. 2015-ci ilin 4-cü rübündə "Shell" 1,8 milyard dollar qazanıb. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 3,3 milyard dollar olub.
2014-cü ildə şirkətin ümumi gəliri 19 milyard dollar olduğu halda ötən il 3,8 milyard dollaradək azalıb.
Şirkət bir sıra iri həcmli layihələrdən, məsələn, Alyaska sahillərindəki dənizdə neft kəşfiyyat işlərindən imtina edib.