“Neftin qiymət düşməsi pik həddi keçib. Mənim fikrimcə, neft hasilatının dondurulması barədə danışıqları bərpa etməyə ehtiyac yoxdur”.
Aktual.az Anspress-ə istinadən xəbər verir ki, bunu azərbaycanlı milyonçu, "Lukoyl"un prezidenti Vahid Ələkbərov qara qızıl barədə proqnozlarını açıqlayarkən bildirib.
O, jurnalistlərə açıqlamasında deyib ki, neftin 30 dollardan aşağı düşməsi ehtimalı yoxdur.