Beynəlxalq analitiklər neftin qiymətinin bu ilin sonuna kimi 50 faiz bahalaşa biləcəyi qənaətindədirlər.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, “Bloomberg” agentliyinin sorğusunda iştirak edən 17 analitikin fikrincə “Layt” markalı neftin qiyməti bu ilin dördüncü rübündə 46 dollar/barrelədək arta bilər. “Brent” markalı neftin bir barreli isə həmin dövrdə 48 dollara satılacaq.
Qeyd edək ki, hazırda Londonun İCE birjasında “Brent”in bir barreli 32,76 dollara, “Layt” isə Nyu-Yorkun NYMEX birjasında 30,01 dollara satılır.