Neft Fondunun bu il büdcəyə ödənişləri açıqlandı

Neft Fondunun bu il büdcəyə ödənişləri açıqlandı

Dövlət Neft Fondu (SOFAZ) bu ilin 9 ayında 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 260 milyon manat vəsait dövlət büdcəsinə transfert edib. 

Aktual.az-a Fonddan verilən məlumata görə, 2016-cı il oktyabrın 1-nə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon dollar) nisbətən 6,7% artaraq 35 milyard 822,1 milyon dollara dollara bərabər olub.

Bu vəsaitin valyuta ifadəsində 33 milyard 949,6 milyon dollar investisiya portfelinin, 1 milyard 872,5 milyon dollar isə manat hesabının payına düşür.

Eskpertlər isə qeyd edir ki, 9 ayın nəticələrinə görə, Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi illik proqnozun cəmi 43%-ni təşkil edib.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR