Növbəti valyuta hərracı keçirilib.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu barədə SOFAZ-dan bildirilib.
Bu vəsaitdən 32,4 milyon ABŞ dolları məbləğində vəsait 14 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.