Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacağı gözlənilir.
Çıxarılan məbləğin 4 dəfə artırılması Azərbaycan Mərkəzi Bankının(AMB) dolların məzənnəsinin aşağı salmaq istəməsi ilə əsaslandırılır.
Saytın analitik qrupu hərracda dolların məzənnəsinin 0,2% və ya 0,0031 manat artırıla biləcəyini, amma nağd valyuta bazarında məzənnənin 1,55 AZN/USD səviyyəsinə və hətta bir qədər də aşağı geriləyə biləcəyini proqnozlaşdırır. (Report)
Xəbər 387 dəfə oxunub.