Bu gün Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 20 mln. dolları 1 kommersiya bankına satılıb.
"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.