ARDNF məlumat yaydı.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.
Aktual.azxəbər verir ki, ARDNF-dən verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında AÇQ yataqları üzrə fond 5 856 milyon dollar “Şahdəniz” yatağı üzrə isə 279 milyon dollar həcmində gəlir əldə edib.
Qeyd edək ki, ümumiyyətlə, 2001-ci ildən etibarən AÇQ yataqlar bloku üzrə 116 007 milyon dollar, “Şahdəniz” yatağı üzrə isə 2 399 milyon dollar həcmində gəlir əldə olunub.
Aktual.az