“Neft ən aşağı həddədir və bu, yaxşıdır” – Nazarbayev

“Neft ən aşağı həddədir və bu, yaxşıdır”   – Nazarbayev
  • DÜNYA

“Neftin dünya qiyməti ən aşağı həddədir və ya bu həddə yaxındır”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu fikri Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsi yaxşı haldır.

“1998-ci ildə neftin bir barelinin 8,5 dollara olduğunu, sonrakı onillikdə 130 dollara qədər artımın davam etdiyini, sonra yenidən eniş onilliyinin başladığını xatırlasaq, deyə bilərik ki, bəlkə də indi neftin qiyməti ən aşağı həddə yaxınlaşır. Sadəcə yarım ildir ki, hər barelə 30 dollar şərtlərində yaşadığımızı və bizə heç nə olmadığını xatırlamalıyıq. Biz bunun öhdəsindən gələcəyik. Bəlkə də, buna öyrəşmək lazımdır. Düşünürəm ki, belə vəziyyət uzun müddət davam edəcək. Bəlkə də, belə olması yaxşıdır. Biz sizinlə tədbirlər görürük”, -deyə Qazaxıstan prezidenti bildirib.

Nazarbayev hər kəsi “yeni reallıqda yaşamağı öyrənməyə”, inkişaf üçün imkanlar axtarmağa, riski, böhranı üstələməyə və neftin qiymətinin əvvəlki həddinə sıçramasını gözləməməyə çağırıb.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR