Dünya bazarında neftin qiyməti yenə artır.
Aktual.az xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 4,37% bahalaşma qeydə alınıb. Hazırda bu markalı neft 38,69 dollardan təklif edilir.
WTI markalı neftin qiymətində də artım var. Belə ki, 3,88% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 35,91 dollarda qərarlaşıb.
Xatırladaq ki, bu səhər Brent markalı neft 37,33, WTI isə 34,82 dollardan satılırdı.