"Neft 30 dollara qədər ucuzlaşa bilər"


Neftin hər barelinin qiyməti yaxın illərdə 30 dollara, 20 illik müddətdə isə daha da aşağı enə bilər.

Aktual.az report-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın keçmiş maliyyə naziri, hazırda strateji araşdırmalar mərkəzinin rəhbəri olan Aleksey Kudrin verib.

O, bu barədə Moskvada keçirilən maliyyə forumunda danışıb. A.Kudrinin sözlərinə görə, neft ucuzlaşdıqdan sonra Rusiyanın dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun (ÜDM) 3,7-3,9%-nə çatıb: "Amma cari neft qiymətləri fonunda bu da yüksək rəqəmdir".

"Neftin qiyməti hər barrel üçün 40 deyil, 30 dollar olsa, nə baş verəcək? Nəzəri olaraq neft bu il olmasa da, yaxın illərdə 30 dollara qədər ucuzlaşa bilər. Mən şəxsən 20 illik dövr ərzində qiymətlərin bu səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırıram. Belə ki, Çin iqtisadiyyatında yaranan böhran nəticəsində neft bazarında təklifin artması və digər mənfi hallar bunu deməyə əsas verir. Biz buna hazır olmalıyıq", - deyə M.Kudrin çıxışında bildirib.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR