Neapol merinə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.
Neapol və Bakı
arasında birbaşa aviareysin açılmasında maraqlıyıq
Bu sözləri Neapol meri Luici de Magistris Azərbaycan
nümayəndə heyəti ilə görüşündə deyib. Fevralın 28-də Neapol meri Luici De Magistrislə Azərbaycan
nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Qonaqları salamlayan Neapol
meri bu görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən
və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb. 2013-cü ildə Azərbaycaba səfərini
məmnunluqla xatırlayan mer Neapol və Bakı arasında qardaşlıq əlaqələrinin
inkişafı istiqamətində təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib. O əlavə
edib ki, iki şəhər arasında turizm əlaqələrinin inkişafı çox vacibdir. Neapol və
Bakı arasında birbaşa aviareysin açılması bu əlaqələrin möhkəmlənməsini şərtləndirəcək.
Neapol-Bakı Assosiasiyanın prezidenti Cüzeppe Kaniqlia təşkilatın bu günə qədər
olan fəaliyyətindən qısa söhbət açıb. Bildirib ki, assosiasiya yarandığı
2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni iqtisadi əlaqələrin
daha da möhkəmləndirilməsində yaxından xidmət göstərib, bir sıra tədbirlərin təşkilatçısı
olub. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə səmimi qəbul üçün Neapol
meri Luici De Magistrisə təşəkkürünü bildirib. Səfir İtaliya ilə Azərbaycan
arasında dostluq münasibətlərinin tarixi köklərə bağlı olduğunu və hazırda
strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib. O, Bakı ilə Neapol arasında
qardaşlıq əlaqələrinin iki ölkənin münasibətlərində əhəmiyyətini qeyd edərək
bunun daha da dərinləşdirilməsi istiqamətində Neapol merinin dəstəyinə görə təşəkkür
edib. Səfir Azərbaycan nümayəndə heyətinin Neapola səfərinin Xocalı
soyqırımının 25-ci ildönümünə təsadüf etdiyini, bu xüsusda Neapolda Xocalı
soyqırımı qurbanlarının anım tədbirinin keçiriləcəyini söyləyib, habelə bu faciə
və Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məlumat verib. Assosiasiya tərəfindən
tədbirə dəvət olunan Millət vəkili, Azərbaycan-İtaliya Parlamentlərarası
Dostluq Qrupunun üzvü Qənirə Paşayeva da nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi
üçün Neapol merinə minnətdarlıq edib. Ölkəmizlə bağlı mere geniş məlumatlar verən
millət vəkili Q.Paşayeva Neapolla Bakı arasında əməkdaşlığın inkişafı istiqamətində,
iqtisadi, mədəniyyət, turizm əlaqələrinin daha da artması üçün geniş imkanlar
olduğunu vurğulayıb,əməkdaşlığın daha da genişlənəcəyinə inandığını deyib. Azərbaycan-İtaliya
Parlamentlərarası Dostluq Qrupunun Milli Məclisdə ən böyük dostluq qruplarından
biri olduğunu vurğulayan millət vəkili Q.Paşayeva president İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan dövləti, hökuməti və parlamentinin İtaliya ilə əməkdaşlığın
inkişafına böyük önəm verdiyini deyib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı
prinsipal məsələdə İtalyanın ədaləti dəstəkləməsinin önəmindən danışan millət vəkili
Q.Paşayeva Xocalı soyqırımının 25-ci ildünümündə İtaliya Senatında ədaləti dəstəkləyən
çıxışlar edən senatorların mövqeyini yüksək qiymətləndirdiklərini bildirib və
İtaliyanın bundan sonra daha da çox ədalətin yanında olacağına ümid etdiyini
bildirib. O, Xocalı soyqırımının İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol
merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb. Assosiasiyanın vitse
prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaş kimi Azərbaycanın
yaxın dostu olduğunu bildirib. Bu dostluq əlaqələrinin yeni mərhələsinin Ulu
Öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərindən başladığını prezidentliyi
dövründə isə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Neapol və Bakı arasında
qardaşlaşma protokolunun imzalanmsı da məhz bu dahi şəxsiyyətin hakimiyyət illərinə
təsadüf etdiyini xatırladıb. Nitqinin sonunda o, Xocalı Soyqırımı qurbanlarının
xatirəsinə Neapolda abidə ucaldılması təklifini irəli sürüb. Sonda millət vəkilimiz
və səfirimiz tərəfindən merə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.