Nə üçün insanlar 25 yaşdan sonra dost itirir?

Nə üçün insanlar 25 yaşdan sonra dost itirir?

Artıq çoxdan müşahidə olunub ki, insan yaşa dolduqca onun dostlarının sayı azalır.

Aktual.az  AZƏRTAC-a istinadən xəbər verir ki, mütəxəssislər bu meylin məhz nə vaxt təzahür etməyə başladığını tapıblar. Alimlər müəyyən ediblər ki, 25 yaşdan sonra insan yeni dostlar tapmaqdansa, köhnələri itirir.

Bu, heç də insanın əxlaqi keyfiyyətləri üzündən baş vermir. Sadəcə, insan yaşlandıqca dostlarına vaxt ayıra bilmir, çünki onun sosial rollarının sayı xeyli artır.

Sosioloqlar yaşı 25-ə çatmamış və bu yaşdan sonra adamların gün ərzində neçə telefon zəngi etməyini izləyiblər. Məlum olub ki, tədqiqatın kiçik yaşlı iştirakçıları dostlar və tanışlarla ünsiyyətə daha çox vaxt ayıra bilirlər. Lakin adam yaşa dolduqca onun ətrafında ən etibarlı və sınaqdan keçənlər qalırlar. O birilərin hamısı ikinci plana keçir və onlarla münasibət kəsilir.

Xəbər 735 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR