Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür. Yəni iş gedir, hələ qərar icra edilməyib.
Bu barədə
Aktual.az-ın rəsmi sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Qurumdan vurğulanıb ki, klinikanın fəaliyyətinin məhdudlaşdırıldığı ilə bağlı xəbərdə yanlışlıq yoxdur:
"Bu, saytda dərc olunubsa, demək, rəsmi xəbərdir. Kimin nə deməsindən asılı olmayaraq, məlumat doğrudur”.
Qeyd edək ki, Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi nazirliyin yaydığı məlumatı Oxu.az-a təkzib edib və fəaliyyətlərini davam etdirdiklərini iddia edib:
"Saytlarda gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil”.
Bundan öncə sözügedən klinikada çoxsaylı qanun pozuntuları aşkarlandığı üçün fəaliyyətinin dayandırılması istiqamətində addımlar atıldığı ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlama yaymışdı.
Xəbər 73 dəfə oxunub.