Nazirliyin əməkdar artistin ölümünə "bir qisimlik" münasibəti

Nazirliyin əməkdar artistin ölümünə

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlunun dəfn xərcinin və yas mərasiminin bir qismini Mədəniyyət və Turizm Nazirliyi ödəyəcək.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən onu da bildiriblər ki, dəfn məsələlərinə nazirliklə yanaşı, Akademik Milli Dram Teatrı da köməklik edəcək:

"Ələsgər Məmmədoğlu Azərbaycanın istedadlı aktyorlarından olub. Onun dəfn və yas xərci bu iki qurumun diqqətindədir".

Qeyd edək ki, Ə.Məmmədoğlu dekabrın 21-də dünyasını dəyişib.

Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR