Nazirliyin daha bir keçmiş əməkdaşının həbs müddəti uzadıldı

Nazirliyin daha bir keçmiş əməkdaşının həbs müddəti uzadıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilmiş daha bir sabiq əməkdaşının barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti uzadılıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. Bu il fevralın 21-də barəsindəki 3 aylıq həbs müddəti bitən O.Rüstəmovun həbs müddəti məhkəmənin qərarı ilə daha 3 ay artırılıb.

Xatırladaq ki, O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR