Nazirliklərin sayı azaldılmalıdır -Təklif

Nazirliklərin sayı azaldılmalıdır  -Təklif

Azərbaycanda mövcud nazirliklərin sayının azaldılması təklif edilir.

Aktual.az report-a istinadən bildirir ki, bu təkliflə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

"Azərbaycanda nazirliklərin sayı çoxdur. Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər", - deyə millət vəkili qeyd edib.

Həmçinin, Ə.Məsimli çıxışı zamanı indiki zamanda regionların potensialından istifadənin vacibliyinə də diqqət çəkib.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR