Nazirlikdən özünü yandıran kişi ilə bağlı AÇIQLAMA

Nazirlikdən özünü yandıran kişi ilə bağlı   AÇIQLAMA

Noyabrın 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığındakı "Muğanbank"ın qarşısında özünü yandıraraq intihara cəhd edən Naxçıvan sakini Malik Hüseynovun vəziyyəti ağırdır.

Aktual.az AzNews.az-a istinadən xəbər verir i, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın verdiyi məlumata görə, Malik Hüseynov hazırda xəstəxananın reanimasiya şöbəsindədir:

"Xəstə üçüncü dərəcəli yanıq xəsarəti alıb. Tənəffüs yolları yanıb. Xəstəyə hər cür tibbi yardım göstərilib. Yaxşılaşması üçün bütün lazımi işlər görülüb. Amma vəziyyəti ağırdır".

Qeyd edək ki, "Muğanbank"a olan borcunu ödəyə bilmədiyi üçün M.Hüseynovun avtomobili müsadirə olunub.Banka borclu olan şəxs də Binəqədi filialının qarşısına gələrək, üstünə benzin töküb və yandırıb.

Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR