Nazirlikdən ovçu ərəblərlə bağlı açıqlama

Nazirlikdən ovçu ərəblərlə bağlı açıqlama

Ölkə qanunlarına müvafiq olaraq Azərbaycan vətəndaşları, o cümlədən, xarici ölkə vətəndaşları qanun çərçivəsində Azərbaycanda ov üçün müəyyən edilmiş ərazilərdə mövsümə uyğun olaraq ov bileti ala bilər. Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunlarına müvafiq olaraq, Azərbaycan ərazisində ovun həyata keçirilməsi ilə bağlı icazə almaq üçün bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının nümayəndəsi, “MRG” şirkətinin direktor əvəzi Ceyhun Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib: "Azərbaycan qanunlarına müvafiq müraciət etdiklərinə görə nazirlik tərəfindən bu məsələyə baxılıb və ov turizmi ilə məşğul olmaları üçün limitə uyğun olaraq 9 nəfər BƏƏ vətəndaşına, Azərbaycanda qəbul edilmiş normalara görə, hər ovçuya 10 ədəd quş ovlanmasına icazə verilməklə ov obyektinə müvafiq ov bileti verilib".

Qeyd edək ki, xarici vətəndaşların ov etmələri Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.

Aktual.az

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR