Nazirlikdən önəmli — AÇIQLAMA

Nazirlikdən önəmli   — AÇIQLAMA

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi növbəti illərdə ölkədə turizm sahəsinin inkişafına nail olmaq üçün müəyyənləşdirdiyi prioritet istiqamətləri açıqlayıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, xarici ölkələrlə turizm əlaqələrinin genişləndirilməsi, respublikamızda mehmanxanaların və turizm şirkətlərinin sayının artırılması, dünya standartlarına uyğun turizm infrastrukturunun yaradılması, Azərbaycanın turizm bazarının dünya turizm bazarına inteqrasiyası, ölkəmizdə münbit investisiya mühitinin yaradılması, o cümlədən müxtəlif islahatların həyata keçirilməsi vasitəsilə mövsümiliyin aradan qaldırılması nazirliyin növbəti illərdə turizm sənayesinin inkişafı üçün görəcəyi işlərə aiddir.

N.Səmədovun sözlərinə görə, istər indi, istərsə da yaxın və uzaq gələcəkdə turizmin inkişafı naminə atılan addımlar ilk növbədə qanunvericilik bazasına arxalanmalıdır. Bu məqsədlə nazirlik tərəfindən mütəmadi olaraq tədbirlər görülür: “Azərbaycanın turizm imkanlarını dərindən araşdıraraq ölkədə turizm sahəsinin mövcud vəziyyətinin təhlilini və mövcud problemlərin aradan qaldırılması məqsədilə dünya təcrübəsində istifadə edilən mexanizmlərin Azərbaycan üçün uyğunlaşdırılmış müvafiq variantlarda tətbiqini təmin edəcək sənəd - yeni “Turizm haqqında” qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Ümumdünya Turizm Təşkilatının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanan bu layihənin tezliklə təsdiq ediləcəyi gözlənilir”.

N.Səmədov əlavə edib ki, “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası”nın layihəsi də hazırda razılaşdırılma mərhələsindədir. Layihədə Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələr əks olunub.

Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR