Nazirlikdən Naxçıvanda “donuz qripi”nə yoluxma faktı ilə bağlı - Açıqlama

Nazirlikdən Naxçıvanda “donuz qripi”nə yoluxma faktı ilə bağlı   - Açıqlama

Naxçıcan Muxtar Respublikasında “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb: “Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma “donuz qripi” ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb”.

Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR